Avro manata nisbətən 1%, rubl 2% bahalaşıb

Avro manata nisbətən 1%, rubl 2% bahalaşıb
# 06 yanvar 2017 06:33 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 5-i ilə müqayisədə 0,2% artaraq 1,7742 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,7% möhkəmlənərək 1,8773 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 2% bahalaşaraq 0,0299 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 1% zəifləyərək 0,4917 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1968 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,6%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 1,8% zəifləyərək 0,6447 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR