Rusiya BMT-yə yeni səfir təyin edib

Rusiya BMT-yə yeni səfir təyin edib
# 27 iyul 2017 13:14 (UTC +04:00)

Rusiyanın BMT-dəki yeni daimi nümayəndəsi təyin olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, prezident Vladimir Putin xarici işlər nazirinin müavini Vasili Nebenzyanın Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə V. Nebenzya Rusiya XİN başçısının müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin qəfil ölümündən sonra bu vəzifə boş qalmışdı. V. Çurkin bu ilin fevralında Nyu-Yorkda vəfat edib. O, bu vəzifəni 2006-cı ilin aprelindən tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR