Azərbaycan və Rusiya HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

Azərbaycan və Rusiya HDQ nümayəndə heyətlərinin görüşü keçirilib
# 31 iyul 2018 15:55 (UTC +04:00)

İyulun 31-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında HDQ-nin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanması komandanın müavini vitse-admiral Aleksandr Fedotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, görüşdə hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub və əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi vurğulanıb.

Tərəflər həmçinin “Dəniz kuboku-2018” müsabiqəsinin təşkili və keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR