Təhqirə görə qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Təhqirə görə qonşusunu bıçaqlayan şəxsə hökm oxunub
# 02 fevral 2017 13:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Muradov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Siyəzən şəhərində baş verib. N. Muradov qonşusu Arzu Orucovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb. A. Orucovu xilas etmək mümkün olub. Hadisənin baş verəməsinə səbəb kimi A. Orucovun N. Muradovu təhqir etməsi göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR