İmişlidə silsilə oğurluq edən dəstə üzvləri tutulub

İmişlidə silsilə oğurluq edən dəstə üzvləri tutulub
# 05 noyabr 2016 07:11 (UTC +04:00)

İmişlidə silsilə oğurluq edən 4 nəfərdən ibarət dəstə saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon polis şöbəsinə vətəndaşlardan daxil olan şikayətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Keçirilən əməliyyat və istintaq tədbirləri nəticəsində Beyləqan sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Elçin Qəfər oğlu və İmişli sakini, 1995-ci il təvəllüdlü Qarayev Sənan Əhliman oğlu tutulub. Adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq, sentyabr ayının 20-də Qaravəlli kəndində vətəndaşa məxsus dəyəri 300 manat olan 2 baş xırda buynuzlu heyvanı oğurlayıblar.

Faktla bağlı araşdırma zamanı dəstənin digər üzvləri də saxlanılıb. Belə ki, Elçin Məmmədov və İmişli sakinləri 1995-ci il təvəllüdlü Əliyev Elməddin Habil oğlu, İmanzadə Cəmaləddin İlham oğlu əlbir olaraq avqust ayının 7-də Bəhrəmtəpə qəsəbəsində vətəndaşa məxsus təkər təmiri sexindən 1600 manat dəyərində yük avtomobillərinə aid ehtiyat hissələri oğurlayıblar. Elçin Məmmədov və Elməddin Əliyev 27 aprel tarixində Cavadxanlı kəndində mağazadan 530 manat dəyərində, daha sonra həmin gecə rayonun Qaralar kəndində yerləşən mağazadan isə 2369 manat dəyərində ərzaq malları və digər əşyalar oğurlayıblar. Elməddin və Cəmaləddin avqust ayında çöl sahədən vətəndaşa məxsus 2 baş xırda buynuzlu heyvanı oğrlayıblar.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR