Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb - VİDEO
# 11 mart 2019 16:27 (UTC +04:00)

Bu gün Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR