Nazir: "Bəzi dövlət qurumlarının maliyyə vəziyyətinə baxılıb"

Nazir: "Bəzi dövlət qurumlarının maliyyə vəziyyətinə baxılıb"
# 07 noyabr 2017 10:49 (UTC +04:00)

"Bəzi dövlət qurumlarının maliyyə vəziyyəti ilə bağlı məsələyə baxılıb".


"APA-Economics" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində "Azərişıq" ASC-yə 55 mln. manat, "Azərsu" ASC-yə isə 22 mln. manat büdcə ssudasının verilməsi öz əksini tapıb.

"Bu vəsaitlər tarif strukturları ilə bağlıdır. Biz bu tarifləri artıra bilmərik. Çünki bu əhalinin maddi vəziyyətinə təsir edir. Buna görə də bu məsələlərdə kompromis tapmalıyıq", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR