ABŞ Moskvaya ölkədən çıxarılmış rusiyalı diplomatların yerinə yeniləri göndərməyi təklif edib

ABŞ Moskvaya ölkədən çıxarılmış rusiyalı diplomatların yerinə yeniləri göndərməyi təklif edib
# 04 aprel 2018 09:26 (UTC +04:00)

ABŞ Dövlət Departamenti Rusiyaya daha əvvəl ölkədən çıxarılmış rusiyalı diplomatların yerinə yeniləri göndərməyi təklif edib.

APA-nın məlumatına görə, bu barədə AFP Dövlət Departamenti rəsmisinə istinadən yayıb.

Qurum rəsmisi bildirib ki, rəsmi Moskva ümumilikdə diplomatların sayını azaltmaya bilər: “Boş yerlərin doldurulması üçün Rusiya yenidən akkreditasiya üçün ABŞ-a müraciət etmək hüququna malikdir. Hər bir sorğuya ayrılıqda baxılacaq”.

Departament rəsmisi deyib ki, ABŞ həmçinin Moskvanın göndərdiyi amerikalı diplomatların yerinə yeniləri qəbul edəcəyini düşünür: “Rusiya diplomatik missiyalarımızdakı əməkdaşların sayını azaltmaq niyyətinin olduğunu açıqlamayıb”.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripal Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Bu ölkələrdən ümumilikdə 150 rusiyalı diplomat çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR