ABŞ-da məktəbdə silahlı insident baş verib, 2 nəfər yaralanıb

ABŞ-da məktəbdə silahlı insident baş verib, 2 nəfər yaralanıb
# 26 may 2018 00:32 (UTC +04:00)

ABŞ-ın Noublsvill şəhərində (İndiana ştatı) məktəbdə silahlı insident baş verib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir məktəbli qız və bir müəllim yaralanıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata əsasən, atəşi açan məktəbli saxlanılıb. Hazırda polis cinayətkarın motivlərini müəyyənləşdirir.

Qeyd edək ki, mayın 18-də Texas ştatının Santa-Fe şəhərində məktəbdə baş verən silahlı insident 8 nəfərin həyatına son qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR