Tovuzda mağazada baş verən yanğın zamanı 8 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Tovuzda mağazada baş verən yanğın zamanı 8 nəfər tüstüdən zəhərlənib - <span style="color: red;">YENİLƏNİB
# 04 sentyabr 2017 19:01 (UTC +04:00)

Tovuzda mağazada baş verən yanğın zamanı 8 nəfər zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumat görə, rayonun Düzqırıxlı kəndində qarışıq mallar mağazasında baş verən yanğın zamanı 8 nəfər mağaza işçisi tüstüdən zəhərlənib. Onlar rayon Mərkəzi xəstəxanaya müraciət ediblər.

Tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Vəziyyətlərinin normal olduğu bildirilir.

***

17:10

Tovuzun Düzqırıxlı kəndində yerləşən mağazada yanğın baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, kənd sakini Şahin Hacıyevə məxsus 300 kv.m-lik mağazanın ərazisi 110 kv.m olan anbarında yanğın başlayıb. Əraziyə Tovuz Yanğından Mühafizə Xidməti Hissəsinin 4 texnika və canlı qüvvəsi cəlb olunub. Alov qısa müddət ərzində söndürülüb və yanğının mağazaya keçməsinin qarşısı alınıb.

Məlumata görə, anbarın təxminən yarısının yanan konsktruksiyaları və əşyaları yanıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR