Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqlayıb

Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqlayıb
# 18 noyabr 2016 22:26 (UTC +04:00)

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair sərəncam imzalayıb.

APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi Georgi Kvirikaşvili irəli sürülür.

G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə - baş nazirin müavini, 2015-ci ildə xarici işlər naziri vəzifələrində çalışıb, həmin ilin dekabrında isə baş nazir postuna təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR