Qusar sakini kimyəvi preparat içərək intihar edib

Qusar sakini kimyəvi preparat içərək intihar edib
# 28 iyul 2018 20:48 (UTC +04:00)

Qusar rayonunda intihar hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Ləyər kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Ramazanov Yusif Süleyman oğlu bit əleyhinə kimyəvi preparat içərək intihar edib.

Qohumlarının sözlərinə görə, Y.Ramazanov on gün əvvəl həyat yoldaşından ayrılıb. Onun depressiya vəziyyətinə düşərək intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR