Bakıda çay evində yanğın baş verib

Bakıda çay evində yanğın baş verib
# 18 noyabr 2016 21:30 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan çay evinin yanar konstruksiyaları və 2 ədəd televizor yanıb.

Binanın zirzəmisinin qalan hissəsi və 1-ci mərtəbədə yerləşən mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR