Dörd yaşlı uşağın ölümündə təqsirləndirilən qadın apellyasiya şikayəti verib

Dörd yaşlı uşağın ölümündə təqsirləndirilən qadın apellyasiya şikayəti verib
# 23 iyul 2018 14:49 (UTC +04:00)

Azyaşlının ölümündə təqsirləndirilən Lalə İsrafilovanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


Bu barədə APA-ya L. İsrafilovanın vəkili Əli Hüseynov məlumat verib.

O bildirib ki, şikayətdə hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılması istənilir.


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L. İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün L. İsrafilova onu qovub. F. Mustafazadə qadından qorxub, həyət darvazasından çıxarkən küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR