Xaçmazda 12 ədəd qovaq ağacının kəsildiyi aşkarlanıb

Xaçmazda 12 ədəd qovaq ağacının kəsildiyi aşkarlanıb
# 04 iyun 2018 15:09 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən növbəti reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Xaçmaz rayonu Ağtala kəndi ərazisində köküstə yaş 24-70 sm diametrliyində 12 ədəd qovaq ağacının kəsildiyi aşkar edilib və təbiətə 7580 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Xaçmaz rayon Polis Şöbəsinə məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR