İnvestorların hasilatın azaldılmasına şübhə ilə yanaşması nefti ucuzlaşdırır

İnvestorların hasilatın azaldılmasına şübhə ilə yanaşması nefti ucuzlaşdırır
# 13 dekabr 2016 06:40 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşır, lakin ötən gün əldə olunan maksimumların ətrafında ticarət olunur.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,15 azalaraq 52,68 dollar olub.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 1 barrelə görə 0,05 azalaraq 55,64 dollar olub.

Ötən gün 2,5% bahalaşan neftin qiymətlərində azalma müşahidə olunmaqdadır. Bildirilir ki, bazar iştirakçıları OPEC və qeyri-OPEC ölkələrinin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmanın effektivliyinə şübhə ilə yanaşmağa başlayıblar.

"Godldman Sachs" investisiya bankının analitikləri 1982-ci ildən etibarən hasilatla bağlı kvotaların azaldılmasına dair 17 sazişi analiz edib. Məlum olub ki, OPEC üzvləri orta hesabla öz öhdəliklərini 60% yerinə yetiriblər. 2000-2008-ci illər ərzində kartel üzvləri sutkalıq kvotaları 880 min barrel aşıb.

Digər tərəfdən, OPEC üzvlərinin proqnozlaşdırıldığı kimi, hasilatın azaldılması nəticəsində neftin qiyməti 60 dollara çatarsa, şist neft istehsalçıları aktivləşəcək.

Xatırladaq ki, ötən gün Brent markalı neftin qiyməti 57,89 dollara çataraq 2015-ci ilin iyula ayının maksimumunu yeniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR