Tramp: "Hazırlaş, Rusiya, raketlər gəlir"

Tramp: "Hazırlaş, Rusiya, raketlər gəlir"
# 11 aprel 2018 13:19 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib.

APA-nın xəbərinə görə, D. Tramp bu barədə “Twitter”də yazıb.

“Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya. Ona görə ki, raketlər gələcək – yaxşı, yeni və “ağıllı” raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan".

Qeyd edək ki, Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin yerli “Əl Manar” televiziyasına müsahibəsində Rusiyanın Suriyaya istiqamətlənmiş ABŞ raketlərini vura biləcəyini və bu raketləri buraxan hərbi obyektlərə cavab zərbəsi endirə biləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR