Tailandda uşaqlar üçün aviaşouda təyyarə yerə çırpılıb

Tailandda uşaqlar üçün aviaşouda təyyarə yerə çırpılıb
# 14 yanvar 2017 07:24 (UTC +04:00)

Tailand Hərbi Hava Qüvvələrinə məxsus JAS 39 Gripen qırıcı təyyarəsi Milli Uşaq günü münasibətilə keçirilən aviaşouda qəzaya uğrayıb.

APA-nın "Bangkok Post"-a istinadən verdiyi məlumata görə, hadisə Sonqkxla əyalətinin Xatyay şəhərində qeydə alınıb. Yerə çırpılan təyyarə partlayıb və tamamilə yanıb. Pilot həlak olub. Hadisə uşaqların gözü qarşısında baş verib.

Hadisənin araşdırılması üçün hökumət komissiyası yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR