Qonşusunun 17 min manatını ələ keçirən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Qonşusunun 17 min manatını ələ keçirən şəxs məhkəmə zalından azadlığa buraxılıb
# 04 aprel 2017 09:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Əlimərdanov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E. Əlimərdanov qonşusunun həbsdə olan qohumunu azad etdirəcəyini deyərək, onun etibarından sui-istifadə edərək 17 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR