Pakistan nümayəndə heyəti ANAMA-da olub

Pakistan nümayəndə heyəti ANAMA-da olub
# 20 oktyabr 2017 17:41 (UTC +04:00)

Pakistan İslam Respublikasının nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində ANAMA baş qərargahında görüş keçirilib. ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin direktoru Qəzənfər Əhmədov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin Sədri General-leytenant Omar Mahmud Hayat, Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədrinin Fərdi qərargah zabiti Briqada generalı Muxtar Ahmet, Pakistan İslam Respublikası Birləşmiş qərargahının əməkdaşı Polkovnik Saeed Janjuanı qəbul edib. Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması üzrə danışıqlardan ibarət olub. Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım (MZY) layihələri, eləcə də Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR