Göygöldə məktəbli bıçaqlanıb - YENİLƏNİB

Göygöldə məktəbli bıçaqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 09 oktyabr 2017 09:43 (UTC +04:00)

Göygöldə bıçaqlanma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 14 yaşlı məktəbli rayon 3 saylı orta məktəbində bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Məktəbin direktoru Rüxsarə Atayeva isə bildirib ki, hadisə məktəb ərazisində baş verməyib, bıçaqlanan şəxs isə onların məktəbidnə təhsil almır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR