Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlanıb

Bu il Naxçıvanda doğulan uşaqların sayı açıqlanıb
# 30 iyul 2017 10:52 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında doğulan uşaqların sayı açıqlanıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov nazirliyin Kollegiya iclasında hesabat məruzəsində bildirib ki, 2017-cı ilin 6 ayı ərzində muxtar respublikada 2617 uşaq doğulub.

N. Novruzov bu ilin 6 ayı ərzində süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi mamoqrafiya müayinələri, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin diaskin test sınaqları, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik və endokrinoloji müayinələrin davam etdirildiyini də nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR