Tramp: "Si Tsinpinlə görüş çox çətin olacaq"

Tramp: "Si Tsinpinlə görüş çox çətin olacaq"
# 31 mart 2017 03:19 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Çinin sədri Si Tsinpinlə keçiriləcək görüşün çox çətin olacağını bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tramp “Twitter” səhifəsində yazıb.

“Böyük ticarət çatışmazlığı və iş yerlərinin itirilməsinin qarşısının alınması baxımından gələn həftə Çinlə keçiriləcək görüş çox çətin olacaq. Amerika şirkətləri alternativ vasitələr axtarmağa hazır olmalıdırlar”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp seçkiqabağı kampaniya zamanı Çini ABŞ istehsalçıları üçün əlverişsiz olan valyuta və iqtisadi siyasətinə görə dəfələrlə sərt tənqid edib.

Tramp-Si Tsinpin görüşünün 6-7 aprel tarixlərində baş tutacağı planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR