Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib

Bakıda bir nəfəri öldürüb, digərini yaralayan şəxs barədə məhkəmə qərar verib
# 29 mart 2017 19:09 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində tanışını bıçaqlamaqda, onun qardaşını isə öldürməkdə təqsirləndirilən Fidani İsmayılovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayətində o, cəzasının azaldılmasını istəyib.

Hadisə ötən il avqustun 21-də Bakının Binəqədi qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini F.İsmayılov münaqişə zəminində ona və qadının qardaşı Anar Məmmədova bıçaqla xəsarət yetirib. Daha sonra F.İsmayılov hadisə yerini tərk edib.

A.Məmmədov hadisə yerində ölüb, Ə.Məmmədova isə xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.İsmayılov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR