Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2018 14:35 (UTC +04:00)

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.

Əlavə məlumat veriləcək.

***

16.48

Bakıda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR