Türkmənistana məxsus gəmi Bakıda təmirə dayanıb

Türkmənistana məxsus gəmi Bakıda təmirə dayanıb
# 23 yanvar 2018 07:43 (UTC +04:00)

Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmirə dayanıb.

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR