Almaniyada zavodda partlayış baş verib, ölən və yaralananlar var

Almaniyada zavodda partlayış baş verib, ölən və yaralananlar var
# 17 oktyabr 2016 20:54 (UTC +04:00)

Bakı-APA. Almaniyada BASF kimya konserninə məxsus zavodda güclü partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Lyüdviqshafen şəhərində qeydə alınıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Daha 2 nəfərin itkin düşdüyü bildirilir.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR