Lənkəranda taksi maneəyə çırpılıb, daha sonra piyadanı vuraraq aşıb

Lənkəranda taksi maneəyə çırpılıb, daha sonra piyadanı vuraraq aşıb
# 30 may 2018 09:58 (UTC +04:00)

Lənkəranda taksi piyadanı vuraraq aşıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə M.F.Axundov küçəsində qeydə alınıb. Rayon sakini, 1990-cı il təvəllüdlü Aqil Adil oğlu Hüseynov idarə etdiyi 42-BV-596 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 1981-ci il təvəllüdlü Esmira Nəsrəddin qızı İsmayılovanı vuraraq avtomobili aşırıb.

Xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR