Ağ Ev Entoni Skaramuççinin istefasını təsdiqləyib - YENİLƏNİB

Ağ Ev Entoni Skaramuççinin istefasını təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2017 21:25 (UTC +04:00)

Ağ Evin kommunikasiya üzrə direktorunun vəzifəsindən getməsi təsdiqlənib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

“Cənab Skaramuççi hesab edib ki, Ağ Ev aparatının yeni rəhbəri Con Kelliyə azad şəkildə öz komandasını formalaşdırmağa mane olmamaladır”, deyə S.Sanders qeyd edib.

***

23:09

ABŞ prezidenti Donald Tramp 10 gün əvvəl Ağ Evin kommunikasiya üzrə direktoru postuna təyin etdiyi Entoni Skaramuççini vəzifəsindən azad edib.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times” qəzeti məlumatlı mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, sabiq maliyyəçi E.Skaramuççi Ağ Ev aparatının yeni rəhbəri Con Kellinin sorğusu əsasında işdən qovulub.

Bundan əvvəl E.Skaramuççinin jurnalistlərlə ünsiyyətdə olarkən həmkarlarına qarşı kobud ifadələr işlədib və Ağ Evin kommunikasiya şöbəsini tam heyətlə işdən qovmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evin sabiq mətbuat katibi Şon Spayser E. Skaramuççinin kommunikasiya üzrə direktor vəzifəsinə gətirildiyinə etiraz olaraq istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR