Gəncədə üç uşaq anası dəm qazından boğularaq ölüb

Gəncədə üç uşaq anası dəm qazından boğularaq ölüb
# 25 noyabr 2019 22:37 (UTC +04:00)

Gəncə şəhərində ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq dünyasını dəyişib.

İlkin məlumata görə, Ş.İsayeva toy məclisinə hazırlaşırmış.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR