"AGBank"ın problemli kreditləri 28 mln. manat artıb

"AGBank"ın problemli kreditləri 28 mln. manat artıb
# 16 oktyabr 2017 07:06 (UTC +04:00)

2017-ci ilin sentyabr ayının 30-na "AGBank" ASC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,74% artaraq 510 mln. 544,64 min manat təşkil edib.


"APA-Economics" bankın açıqladığı balans hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli 4% azalaraq 283 mln. 295,5 min manata enib. Üçüncü rübün sonuna bankda problemli kreditlərinin həcmi 146 mln. 351,1 min manatdır ki, bu da ümumi kredit portfelinin 51,66%-nə bərabərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə problemli kreditlərin həcmi 23,76% və ya 28 mln. 98,6 min manat artıb.


Passivlərə gəlincə, bankın öhdəlikləri il ərzində 4,17% artaraq 458 mln. 353,3 min manata çatıb. Bankın depozit portfeli 2,61% artaraq 216 mln. 352,5 min manat təşkil edib. Bundan başqa, əhali tərəfindən banka yerləşdirilən əmanətlərin həcmi 12,52% artaraq 163 mln. 942,8 min manat təşkil edib.


"AGBank"ın nizamnamə kapitalı 102,2 mln. manatdır. Bank məcmu kapitalının məbləğini açıqlamayıb. Buna baxmayaraq, bankın təqdim etdiyi rəqəmlərə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 10,32%-dir (min. 10%).


Üçüncü rübün sonuna bankın bölüşdürülməmiş xalis zərəri 62 mln. 190,13 min manat, əvvəlki illərin xalis zərəri 60 mln. 491,07 min manat. Bank rübü 1 mln. 699,06 min manatlıq zərərlə başa vurub.


Bank kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün 3 mln. 114,83 min manat ehtiyat yaradıb. Ümumi ehtiyatların həcmi isə 5 mln. 321,45 min manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR