Qətər əmiri prezident İlham Əliyevə təbrik məktubu göndərib

Qətər əmiri prezident İlham Əliyevə təbrik məktubu göndərib
# 29 may 2018 11:32 (UTC +04:00)

Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir: "Zati-aliləri.

Ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Sizin simanızda Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı rifah və tərəqqi, ölkələrimiz arasında mövcud olan sıx münasibətlərin gələcək illərdə daha da genişlənməsini arzulayıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR