Azərbaycanda yük avtomobillərinin istehsalı 14%-ə qədər artıb

Azərbaycanda yük avtomobillərinin istehsalı 14%-ə qədər artıb
# 16 iyul 2015 07:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda maşın və avadanlıqların, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahələrində 127,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 25,2%, nəqliyyat vasitələrinin istehsalı 2,1%, avtomobil və qoşquların istehsalı isə 27,1% azalıb.

Belə ki, ötən altı ay ərzində Azərbaycanda 325 ədəd minik avtomobili istehsal edilib. Bu, 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 75,4% azdır. Nəticədə bu ilin iyul ayının 1-nə 335 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən 6 ay ərzində ölkədə 142 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur.

Bundan başqa, ötən aylar ərzində 315 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Nəticədə bu ilin iyul ayının 1-nə 55 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Yanvar-iyun aylarında 540 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 10,4% azdır. Nəticədə bu ilin iyul ayının 1-nə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR