Bakı məktəblərində yeni tədris ilində I sinifdə 46 000-dən çox uşaq təhsil alacaq

Bakı məktəblərində yeni tədris ilində I sinifdə 46 000-dən çox uşaq təhsil alacaq
# 14 sentyabr 2017 14:57 (UTC +04:00)

Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 27 514, XI sinfində 19 530, XII sinfində 635 şagird təhsil alacaq.

Ümumilikdə isə cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 395 773 şagirdin təhsil alacağı bildirilib.

Bakıdakı 265 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 20 000 ərizənin onlayn qeydiyyatı aparılıb. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Təhsil nazirinin əmrinə əsasən ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq.

BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb fəaliyyət gös

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR