FHN Ağdamdakı yanğınla bağlı məlumat yayıb

FHN Ağdamdakı yanğınla bağlı məlumat yayıb
# 10 dekabr 2019 09:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, rayonun Mahrızlı kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 2 nəfər xəsarət alıb və 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR