Ağstafada avtomobil piyadanı vurub

Ağstafada avtomobil piyadanı vurub
# 25 avqust 2017 23:34 (UTC +04:00)

Ağstafa şəhərində avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolu keçmək istəyən şəhər sakini, 1983 təvəllüdlü Həsənov Füzuli markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub.

Xəsarət alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR