“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edəcək gəmilər məşqlərə başlayıb

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edəcək gəmilər məşqlərə başlayıb
# 25 iyul 2018 16:50 (UTC +04:00)

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR