ÇL: “Qarabağ” “Samtredia”nı cavab oyununda da məğlub edib

ÇL: “Qarabağ” “Samtredia”nı cavab oyununda da məğlub edib
# 18 iyul 2017 20:55 (UTC +04:00)

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşıb.

İlk oyunda evdə 5:0 hesablı darmadağına sevinən çempionumuz formal cavab oyununda da qələbə qazanıb. Yeni transfer Donald Geryenin qolu matçda yeganə olub.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Gerye, 22

Baş hakim: Srcan Yovanoviç

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR