Azərbaycan qadınlarını Malayziyada cinsi istismara məruz qoyan qadın azadlığa buraxılıb

Azərbaycan qadınlarını Malayziyada cinsi istismara məruz qoyan qadın azadlığa buraxılıb
# 27 fevral 2019 17:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanlı qadınları Malayziyada cinsi istismara məruz qoymaqda ittiham olunan Məlahət Bəşirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadına hökm oxunub. Hökmə əsasən, M. Bəşirova cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova 2018-ci ilin sonlarında həbs edilib.

M.Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Malayziyaya aparıb və orada cinsi istismara məruz qoyub. O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

M.Bəşirovanın əməllərindən zərərçəkən qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR