UNICEF nümayəndələri Azərbaycan hökuməti ilə 2016-2020-ci illər üçün proqramın Orta dövr icmalını müzakirə ediblər

UNICEF nümayəndələri Azərbaycan hökuməti ilə 2016-2020-ci illər üçün proqramın Orta dövr icmalını müzakirə ediblər
# 16 mart 2018 09:23 (UTC +04:00)

UNICEF-in Azərbaycandakı Nümayəndəliyi və Azərbaycan hökuməti 2016-2020-ci illər üçün Ölkə üzrə Əməkdaşlıq Proqramının Orta dövr icmalını (ODİ) müzakirə ediblər.

APA-nın xəbərinə görə, Baş nazirin müavini Elçin Əfəndiyevin sədrliyi ilə keçirilən toplantıda bildirilib ki, bugünədək Ölkə Proqramında uşaqların və ailələrin faydalandığı əsas nailiyyətlər əks olunub.

Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, vətəndaş cəmiyyətindən və BMT-nin institutlarından olan tərəfdaşlar iştirak ediblər.

Müzakirələr zamanı BMT Uşaq Fondunun, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının sənədlə bağlı rəy və təklifləri dinlənilib.

Orta dövr icmalı Azərbaycanda həyata keçiriləcək uşaq hüquqlarının müdafiəsində 2018-2020-ci illər ərzində tədbirlər planı da müzakirə olunub.

Tədbir müzakirələrlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR