Qubada maşın piyadanı vuraraq öldürüb

Qubada maşın piyadanı vuraraq öldürüb
# 08 noyabr 2017 08:20 (UTC +04:00)

Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xucbala kəndi ərazisində qeydə alınıb. "VAZ 2106” markalı, 10 KO 149 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 21 yaşlı kənd sakini Baxışov Emil Əlfan oğlunu vurub. O, Quba Mərkəzi Rayon Xəstəxansına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR