“Xəzər Dəniz Gəmiçiliyi”nin öhdəlikləri 13% artıb

“Xəzər Dəniz Gəmiçiliyi”nin öhdəlikləri 13% artıb
# 21 may 2018 10:12 (UTC +04:00)

“Xəzər Dəniz Gəmiçilik” QSC ötən ilin maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, “Xəzər Dəniz Gəmiçiliyi”nin cəmi aktivlərinin həcmi ötən il 1 mln. 30,151 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 14,25% çoxdur. Cəmi uzunmüddətli aktivləri 14,74% artaraq 767,440 min manat təşkil edib.

QSC-nin hesabat dövründə cəmi öhdəlikləri 13,11% artaraq 106,611 mln. manat olub. Cəmi uzunmüddətli öhdəlikləri 7,94% azalaraq 32,001 mln. manat təşkil edib.

Hesabat dövründə şirkətin cəmi kapitalı 14,38% artaraq 923,540 mln. manata çatıb. Nizamnamə kapitalı 440,061 mln. manat təşkil edib.

Cəmi gəlirləri 518,695 min manat təşkil edib ki, cəmi xərcləri isə 109,325 min manat təşkil edib.

Ümumilikdə, “Xəzər Dəniz Gəmiçilik” ötən ili 100,131 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR