Ankarada “erməni məsələsi” barədə kitab çap edilib

Ankarada “erməni məsələsi” barədə kitab çap edilib
# 04 aprel 2017 14:23 (UTC +04:00)

Ankarada “Erməni probleminə təlimlərarası baxış: tarix-siyasət-hüquq” adlı kitab çapdan çıxıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, kitabda Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin 2015-ci il mayın 22-25-də “Erməni problem: fantaziyalar və həqiqətlər” mövzusunda təşkil etdiyi beynəlxalq konfransın materialları yer alıb. Nəşrə “erməni məsələsi”nə dair obyektiv fəaliyyətləri ilə dünya miqyasında tanınmış alimlər Justin McCarthy, Rhoads Murphey, Michael M.Gunter, Ragnar Naess, Christopher Gunn, Tal Buenos, Put Walsh, Jean Louis Matteinlə yanaşı, Türkiyə, Azərbaycan, Rusiya, Orta Asiya alimlərinin də yazıları daxil edilib.

Kitabda “Rus arşiv belgelerinde sevk ve iskan kanununun gerekçeleri, uluslararası hukuk” adlı məqaləsi çıxan İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçək APA-nın yerli bürosuna deyib ki, kitabdakı yazıların bir qismi ingiliscə təqdim olunub. Bu sayədə Qərb oxucuları “erməni məsələsi”nin iç üzünü daha yaxşı görür: “2013-cü ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsi Doğu Perinçəkin şikayətini təmin edərək İsveçrəni cəzalandırandan sonra Qərb ölkələrinin həm alimləri, həm də nəşriyyatları səslərini yüksəltməyə başladı. Sentyabrda mövzu ilə əlaqədar mənim ABŞ-da kitabım çıxacaq. Almaniyanın bir nəşriyyatı da kitabımı çap etməyə hazırlaşır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR