Lənkəranda dəniz kənarında mina aşkar edilib

Lənkəranda dəniz kənarında mina aşkar edilib
# 05 avqust 2017 13:05 (UTC +04:00)

Lənkəranın Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında mina aşkar edilib.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin ərazidə 3 ədəd mina və 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi (OQ-9) və 3 ədəd tank əleyhinə mina (TM-62P) aşkar edilib. Aşkar olunmuş geri təpməsiz top mərmisinin partladıcısının üzərində olmasını və günün sona çatmasını nəzərə alaraq aşkar olunmuş 3 ədəd mina və 1 ədəd geri təpməsiz top mərmisi 05 avqust 2017-ci il tarixində partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş minaların və mərminin ətrafında 1 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR