Şəmkirdə məktəblini maşın vurub

Şəmkirdə məktəblini maşın vurub
# 04 yanvar 2020 20:50 (UTC +04:00)

Şəmkirdə məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun 15 küçə adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Əhmədov Nicat Çingiz oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. N.Əhmədova lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR