Nəqliyyat sektorunda yükdaşıma milli valyutada bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma milli valyutada bahalaşıb
# 13 yanvar 2017 15:02 (UTC +04:00)

Ötən il 2015-ci ilə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5% artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,6 və 3,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6%, dəniz nəqliyyatında 3,7%, avtomobil nəqliyyatında 1,3% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR