“Statoil”: Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi
01 mart 2017 17:54 (UTC +04:00)
“Azərbaycan hər zaman verdiyi sözü tutur”. “APA-Economics” xəbər verir ki, bunu “Statoil”şirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.
A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan“Əsrin müqaviləsi” xüsusilə seçilir.
Norveç nəhənginin rəsmisi qeyd edib ki, “Statoil” Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: “Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi”.
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə “Cənub Qaz Dəhlizi”layihəsinin reallaşmasına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib: “Biz ABŞ-ın qlobal səviyyədə rolunu qəbul edirik və inanırıq ki, rəsmi Vaşinqton“Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini davam etdirəcək. Avropanın enerji təchizatında vacib rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası uğurla davam edir”.
Sənaye və energetika
“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib - FOTO
16:26
6 may 2024
Avropa Komissiyası: Çindən gələn elektrik avtomobilləri və polad Aİ bazarını ələ keçirib
16:12
6 may 2024
“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib
12:23
6 may 2024
BTC kəməri ilə Türkiyə ərazisindən neftin nəqli artıb
11:49
6 may 2024