Bakıda avtomobil dirəyə çırpılaraq yanıb, sürücü ağır xəsarət alıb

Bakıda avtomobil dirəyə çırpılaraq yanıb, sürücü ağır xəsarət alıb
# 05 avqust 2017 04:35 (UTC +04:00)

Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

Metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Renault Logan" markalı minik maşını qəfildən sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyini aşıran avtomobil ikinci dərəcəli yola keçib və yanmağa başlayıb.

Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları cəlb edilib. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Yol qəzasının baş verməsi səbəblərini Nizami polisi araşdırır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR