Kürdəmir sakini elektrik cərəyanı vurmasından ölüb

Kürdəmir sakini elektrik cərəyanı vurmasından ölüb
# 04 iyun 2018 19:37 (UTC +04:00)

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA - nın yerli bürosunun məlumatına görə, hadisə bu gün rayonun Çöl Qubalı kəndində qeydə alınıb.

Kənd sakini, 1977- ci il təvəllüdlü Ramin Rəşid oğlu Məhərrəmov su kanalında elektrik enerjisi ilə balıq tutmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR