Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin toplantısı olacaq

Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin toplantısı olacaq
# 20 noyabr 2017 10:31 (UTC +04:00)

Noyabrın 30-da Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin toplantısı olacaq.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək 7-ci nazirlər konfransından əvvəl baş tutacaq.

Qeyd edək ki, “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr – 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR